Əsas məzmuna keç
BTF GroupLesa & Scaffold
Əlaqə

Lesa, Boru kələpçə, Turba dobl, İskələ, scaffold icarəsi, quraşdırılması və sökülməsi

Bakıda və bütün rayonlarda lesa, scaffold,taxtabənd,Turba dobl və ayaqaltı icarəsi. Quraşdırılması və sökülməsi tərəfimizdən həyata keçirilir. Obyektdə ölçmə pulsuzdur.

Zəng edinTəcili iş olsa, gecə-gündüz zəng edin

Nömrənizi başqasına vermirik.

Necə tapmaq olar

+994 77 364 02 42, WhatsApp

Zəngdən sonra nə olur?

Ölçmədən sökülməyə qədər

  1. 01

    Zəng və ya mesaj

    Zəng, WhatsApp, ya da saytdakı forma. Ünvanı (konumu), təxmini ölçünü və işin növünü öyrənirik. İstəsəniz ofisdə də razılaşmaq olar.

    Eyni gün

  2. 02

    Pulsuz ölçmə

    Ustamız obyektə gəlir, ölçüb-biçir, ankraj yerlərini və keçidləri qeyd edir. Buna görə dəqiq komplekt siyahısı, quraşdırma sxemi və dəqiq qiymət təklifi çıxır.

    Pulsuzdur

  3. 03

    Akt və daşınma

    Mallar anbardan çıxmamışdan əvvəl akt tərtib olunur: sayılır, hesablanır, imzalanır. Yükdaşımanı təşkil edirik, qiymətini əvvəlcədən bildiririk. Nəqliyyat xərci sifarişçinin hesabınadır.

    Ölçmədən 1-2 gün sonra

  4. 04

    Quraşdırma və sökülmə

    Sertifikatlı briqada sxemə uyğun quraşdırır; səviyyə, bərkitmə və məhəccər yoxlanılır. Ərazidə akt imzalanıb qayıdır, bunun əsasında elektron qaimə kəsilir. İş bitəndə eyni briqada söküb yığır.

    Ölçüdən asılı

Suallar

Tez-tez soruşulanlar

Cavabını tapa bilmədiniz? Zəng edin, telefonda iki dəqiqəyə deyirik.

+994 77 364 02 42
Lesa nədir?

Lesa (və ya skafolt) — tikinti və təmir işlərində hündürlüyə çıxmaq, eləcə də işçilərin təhlükəsizliyini təmin edərək yüksəklikdə iş görmək üçün qurulan metal və ya taxta konstruksiyadır.Əsas Xüsusiyyətləriİstifadə sahəsi: Fasad işləri, suvaq, rəngləmə və binaların üzlənməsi zamanı geniş tətbiq olunur.Materialı: Əsasən möhkəm dəmirdən və ya taxtadan düzəldilir.Növləri: Hərəkətli vışka-tura, dəmir ayaqaltılar və müxtəlif hündürlükdə qurulan konstruksiyalar mövcuddur

Taxtabənd(və ya beynəlxalq adıyla scaffolding) işləri

Taxtabənd tikinti, təmir və ya texniki baxım layihələri zamanı işçilərin təhlükəsizliyinin təmin edilməsində və hündürlükdə işlərin asanlaşdırılmasında həyati rol oynayır. Hərtərəfli Taxtabənd Xidmətlərimizlə biz sizin spesifik tələblərinizə uyğun etibarlı və peşəkar həllər təklif edirik. Binalar, körpülər və digər infrastrukturlar daxil olmaqla müxtəlif tikinti layihələri üçün taxtabənd konstruksiyalarının qurulması Lazım olan taxtabəndin növünü və miqdarını müəyyən etmək üçün sahənin qiymətləndirilməsi Stabilliyi, təhlükəsizliyi və səmərəli şəkildə iş görüləcək sahəyə girişi təmin etmək üçün taxtabənd sisteminin layihələndirilməsi və planlaşdırılması Taxtabənd komponentlərinin layihə və təhlükəsizlik standartlarına uyğun quraşdırılması və yığılması Taxtabənd konstruksiyasının binaya və ya yerə bərkidilməsi İşçilərin hərəkətini və sahəyə girişini asanlaşdırmaq üçün taxtabənd daxilində müvəqqəti pilləkən, keçid və nərdivanların quraşdırılması Taxtabəndin bütövlüyünü və təhlükəsizliyini təmin etmək üçün davamlı texniki baxımın və inspeksiyaların təmin edilməsi Tikinti layihəsi başa çatdıqdan sonra və ya ehtiyac duyulmadıqda taxtabənd konstruksiyasının sökülməsi Taxtabənd materialları və avadanlıqlarını müxtəlif tikinti sahələrinə daşınması Təhlükəsiz və səmərəli iş təcrübələrini təmin etmək üçün taxtabənd işləri ilə məşğul olan komandanın üzvlərini təlimatlandırmaq və onlara nəzarət etmək Qəzaların və xəsarətlərin qarşısını almaq üçün təhlükəsizlik avadanlıqlarının təmin edilməsi və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi Taxtabəndin layihə tələblərinə cavab verməsini təmin etmək üçün memarlar, mühəndislər və layihə menecerləri kimi tikinti peşəkarları ilə əməkdaşlıq etmək Taxtabənd quraşdırılarkən yerli tikinti qaydalarına və təhlükəsizlik standartlarına riayət etmək Binanın çökməsi və ya konstruksiyanın zədələnməsi kimi gözlənilməz hallarda təcili taxtabənd dəstəyini təmin etmək Taxtabənd qurğuları, texniki baxım və təhlükəsizlik inspeksiyaları ilə bağlı qeydlər aparmaq və sənədləri təşkil etmək

İcarə qiyməti necə hesablanır?

Lesa kvadratmetrlə deyil, konstruksiya kimi, lesanın ayağına görə ölçülür. Ona görə fasadın eni vurulsun hündürlüyə hesabı düzgün nəticə vermir: 12×12 ev 144 kv.m görünsə də, lesanın ayaq ölçüsü tamam ayrı çıxır. Obyektə baxıb ölçdükdən sonra dəqiq qiymət deyilir.

Obyektə baxış və ölçmə pulludur?

Xeyr, tamamilə pulsuzdur. Ünvanı göndərirsiniz, ustalarımız yerində ölçüb-biçir və dəqiq qiymət təklifi çıxarılır.

Minimum icarə müddəti nə qədərdir?

Əsasən aylıq icarədir. Qısa işlər üçün günlük də veririk, həftəlik isə tək-tük hallarda olur.

Quraşdırmanı özümüz edə bilərik?

Bəli. Lesanı təhvil alıb özünüz də quraşdıra bilərsiniz. Quraşdırmanı bizim briqadaya verəndə isə montajın düzgünlüyünə biz cavabdehik.

Depozit lazımdır?

Bəli, müəyyən avadanlıqlar üçün depozit tələb olunur. Məbləğ komplektin həcmindən asılıdır. Avadanlıq tam və zədəsiz qayıdanda depoziti bütöv qaytarırıq.

Gətirilmə qiymətə daxildir?

Xeyr. Həm Bakı daxilində, həm də regionlarda çatdırılma və geri qaytarılma xərcləri sifarişçi tərəfindən ödənilir. Evakuator, Ateko, kiçik yük maşını, hansı nəqliyyat lazımdırsa, qiyməti əvvəlcədən sizə bildirilir, ödənişi siz edirsiniz.

Sökülmə və ərazinin təmizlənməsi qiymətə daxildir?

Xeyr, bu xidmətlər ayrıca qiymətləndirilir. İşin həcmindən asılı olaraq qiyməti əvvəlcədən deyirik.

Uzunmüddətli işlərdə endirim olur?

Bəli olunur.Danışıqlar əsasında.Qiymət razılaşdırılması həyata keçirilir

Nə qədər tez başlaya bilərsiniz?

Anbarda hazır komplektlər hər zaman mövcuddur. Ölçmədən sonra 1-2 gün ərzində quraşdırmaya başlanılır. Təcili sifarişlərdə hətta eyni gündə də başlanıla bilir.

Təhvil-təslim necə rəsmiləşdirilir?

Mallar anbardan çıxmamışdan əvvəl akt tərtib edilir: sayılır, hesablanır, imzalanır və göndərilir. Ərazidə qarşı tərəfdən imzalanıb geri qayıdır və bunun əsasında rəsmi elektron qaimə kəsilir.

Hansı hündürlüyə qədər quraşdırırsınız?

Hündürlük limiti qoymuruq. Yüksək binalarda da quraşdırma etmişik. Sxem və ankraj hesabı hər obyekt üçün ayrıca çıxarılır.

Lesanı almaq da olar?

Bəli. Öz parkını yığmaq istəyən podratçılara həm Türkiyə, həm də Bakı lesası satırıq. Hər ikisi sinklənmişdir, paslanmır. Topdan götürəndə qiyməti ayrıca danışırıq.