Əsas məzmuna keç
BTF GroupLesa & Scaffold
Bina fasadında quraşdırılmış lesa sistemi, aşağıdan yuxarı baxış

Bakı və bütün rayonlar

Lesa və scaffold icarəsi.
Quraşdırılması və sökülməsi tərəfimizdən həyata keçirilir.

Lesa, scaffold, təkərli lesa və aksesuar. Sertifikatlı briqadamız quraşdırır, iş bitəndə sökür.

6+
ildir bu işdəyik
500+
tamamlanmış obyekt
Pulsuz
obyektdə ölçmə
  • Öz ustalarımız

    Lesa və scaffoldu öz sertifikatlı briqadamız quraşdırır.

  • Sinklənmiş lesa

    Türkiyə və Bakı lesası. Anbarda hazır komplekt hər zaman var.

  • Daşınmanı təşkil edirik

    Yükdaşımanın qiymətini əvvəlcədən deyirik. Xərci sifarişçinin hesabınadır.

  • Aktla təhvil

    Təhvil-təslim aktı imzalanır, şirkətlərə elektron qaimə kəsilir.

Xidmətlər01 / 04

Hamısı bir yerdə

Ölçmə, quraşdırma, sökülmə, satış. Lesa işinin hamısını bizdən götürürsünüz.

  1. Lesa və scaffold icarəsiGünlük, həftəlik, aylıq
  2. Quraşdırma və sökülməÖz usta briqadamız
  3. Avadanlıq satışıTürkiyə və Bakı lesası
  4. Ölçmə və nəzarətObyektə çıxış pulsuzdur
Necə işləyir02 / 04

Zəngdən sonra necə gedir

Nə vaxt gələcəyimiz, nə qədər tutacağı əvvəlcədən deyilir. Sonradan gizli xərc çıxmır.

  1. 01

    Zəng və ya mesaj

    Zəng, WhatsApp, ya da saytdakı forma. Ünvanı (konumu), təxmini ölçünü və işin növünü öyrənirik. İstəsəniz ofisdə də razılaşmaq olar.

    Eyni gün

  2. 02

    Pulsuz ölçmə

    Ustamız obyektə gəlir, ölçüb-biçir, ankraj yerlərini və keçidləri qeyd edir. Buna görə dəqiq komplekt siyahısı, quraşdırma sxemi və dəqiq qiymət təklifi çıxır.

    Pulsuzdur

  3. 03

    Akt və daşınma

    Mallar anbardan çıxmamışdan əvvəl akt tərtib olunur: sayılır, hesablanır, imzalanır. Yükdaşımanı təşkil edirik, qiymətini əvvəlcədən bildiririk. Nəqliyyat xərci sifarişçinin hesabınadır.

    Ölçmədən 1-2 gün sonra

  4. 04

    Quraşdırma və sökülmə

    Sertifikatlı briqada sxemə uyğun quraşdırır; səviyyə, bərkitmə və məhəccər yoxlanılır. Ərazidə akt imzalanıb qayıdır, bunun əsasında elektron qaimə kəsilir. İş bitəndə eyni briqada söküb yığır.

    Ölçüdən asılı

Videolar04 / 04

İşimiz necə gedir

Obyektlərdə çəkilmiş görüntülər: quraşdırma, scaffold sistemləri, briqadanın işi.

Suallar

Tez-tez soruşulanlar

Cavabını tapa bilmədiniz? Zəng edin, telefonda iki dəqiqəyə deyirik.

+994 77 364 02 42
İcarə qiyməti necə hesablanır?

Lesa kvadratmetrlə deyil, konstruksiya kimi, lesanın ayağına görə ölçülür. Ona görə fasadın eni vurulsun hündürlüyə hesabı düzgün nəticə vermir: 12×12 ev 144 kv.m görünsə də, lesanın ayaq ölçüsü tamam ayrı çıxır. Obyektə baxıb ölçdükdən sonra dəqiq qiymət deyilir.

Obyektə baxış və ölçmə pulludur?

Xeyr, tamamilə pulsuzdur. Ünvanı göndərirsiniz, ustalarımız yerində ölçüb-biçir və dəqiq qiymət təklifi çıxarılır.

Minimum icarə müddəti nə qədərdir?

Əsasən aylıq icarədir. Qısa işlər üçün günlük də veririk, həftəlik isə tək-tük hallarda olur.

Quraşdırmanı özümüz edə bilərik?

Bəli. Lesanı təhvil alıb özünüz də quraşdıra bilərsiniz. Quraşdırmanı bizim briqadaya verəndə isə montajın düzgünlüyünə biz cavabdehik.

Depozit lazımdır?

Bəli, müəyyən avadanlıqlar üçün depozit tələb olunur. Məbləğ komplektin həcmindən asılıdır. Avadanlıq tam və zədəsiz qayıdanda depoziti bütöv qaytarırıq.

Gətirilmə qiymətə daxildir?

Xeyr. Həm Bakı daxilində, həm də regionlarda çatdırılma və geri qaytarılma xərcləri sifarişçi tərəfindən ödənilir. Evakuator, Ateko, kiçik yük maşını, hansı nəqliyyat lazımdırsa, qiyməti əvvəlcədən sizə bildirilir, ödənişi siz edirsiniz.

Sökülmə və ərazinin təmizlənməsi qiymətə daxildir?

Xeyr, bu xidmətlər ayrıca qiymətləndirilir. İşin həcmindən asılı olaraq qiyməti əvvəlcədən deyirik.

Uzunmüddətli işlərdə endirim olur?

Endirim tətbiq etmirik, qiymətlər standartdır. Şirkətlərə rəsmi elektron qaimə kəsilir.

Nə qədər tez başlaya bilərsiniz?

Anbarda hazır komplektlər hər zaman mövcuddur. Ölçmədən sonra 1-2 gün ərzində quraşdırmaya başlanılır. Təcili sifarişlərdə hətta eyni gündə də başlanıla bilir.

Təhvil-təslim necə rəsmiləşdirilir?

Mallar anbardan çıxmamışdan əvvəl akt tərtib edilir: sayılır, hesablanır, imzalanır və göndərilir. Ərazidə qarşı tərəfdən imzalanıb geri qayıdır və bunun əsasında rəsmi elektron qaimə kəsilir.

Hansı hündürlüyə qədər quraşdırırsınız?

Hündürlük limiti qoymuruq. Yüksək binalarda da quraşdırma etmişik. Sxem və ankraj hesabı hər obyekt üçün ayrıca çıxarılır.

Lesanı almaq da olar?

Bəli. Öz parkını yığmaq istəyən podratçılara həm Türkiyə, həm də Bakı lesası satırıq. Hər ikisi sinklənmişdir, paslanmır. Topdan götürəndə qiyməti ayrıca danışırıq.

Pulsuz ölçmə

Ölçək, dəqiq qiymət deyək

Ünvanı (konumu) göndərin, ustalarımız yerində ölçsün. Obyektə çıxış pulsuzdur, dəqiq qiyməti ölçmədən sonra deyirik.

Fasadı lesa ilə örtülmüş bina
ƏlaqəBakı və bütün rayonlar

Ölçmə pulsuzdur. Zəng bir dəqiqə çəkir.

Ünvanı (konumu) göndərin və ya ofisdə razılaşaq. Ustalarımız yerində pulsuz ölçüb dəqiq qiymət təklifi çıxarır.

Zəng edinTəcili iş olsa, gecə-gündüz zəng edin

Nömrənizi başqasına vermirik.

Necə tapmaq olar

+994 77 364 02 42, WhatsApp